Azərbaycanlı girov Şuşadan Ermənistana aparıldı - YENİLƏNİB

05.02.2019 15:44
156
Azərbaycanlı girov Şuşadan Ermənistana aparıldı - YENİLƏNİB

"Aidiyyəti beynəlxalq təşkilatlardan daxil olmuş məlumata əsasən, 1 fevral 2017-ci il tarixdə Ermənistan hərbçiləri tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisində saxlanılmış və separatçı rejimin qeyri-qanuni məhkəməsi tərəfindən “azadlıqdan məhrum edilmiş” Azərbaycan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü Hüseynzadə Elnur Elman oğlu 2 fevral 2019-cu il tarixdə saxlanıldığı Şuşa şəhərindən Ermənistan Respublikasına aparılıb".

 

Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasidan "modern.az"ın sorğusuna cavab olaraq bildirilib.


Qeyd olunub ki, saxlanıldığı vaxtdan etibarən E.Hüseynzadənin azad edilməsi ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırılıb və hazırda bu istiqamətdə zəruri işlər aparılır.

 

Xatırladaq ki, Elnur Hüseynzadə 2017-ci ilin fevralında Tərtərin Talış kəndi istiqamətində erməni hərbçilərin əlinə keçmişdi.


***


15:06


Ermənistan 2 il girov saxladığı azərbaycanlı Elnur Hüseynzadəni azad edib.

 

Ekspress.az xəbər verir ki, Ermənistan KİV-inin məlumatına görə, bu barədə qondarma “Dağlıq Qarabağ Respublikasının prokurorluğu” məlumat yayıb.

 

Onlar azərbaycanlı girovun fevralın 2-də azad olunduğunu açlıqlayıb (modern.az).


Xatırladaq ki, Elnur Hüseynzadə 2017-ci ilin fevralında Tərtərin Talış kəndi istiqamətində erməni hərbçilərin əlinə keçmişdi.

 

Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND