"Neftçi"nin futbolçusu milliyə dəvət olunub


07.10.2019 14:10
106
"Neftçi"nin futbolçusu milliyə dəvət olunub

Oktyabrın 9-da Bəhreyn yığması ilə yoldaşlıq oyunu keçirəcək, oktyabrın 13-də isə Avro-2020-nin seçmə mərhələsində Macarıstan komandası ilə qarşılaşacaq Azərbaycan millisinin heyətində dəyişiklik baş verib. 


Ekspress.az xəbər verir ki, Premyer Liqanın VII turu çərçivəsində oktyabrın 6-da keçirilimiş “Qarabağ” – “Sabah” oyununda zədələnən Mahir Emreli millimizin qeyd olunan oyunlarında iştirak edə bilməyəcək. Əvəzində, “Neftçi”dən Namik Ələsgərov millinin heyətinə dəvət olunub. (report)


Ekspress.az