Paşinyan bəla oldu: ermənilərin deportasiyası başladı


31.05.2019 14:51
56
Paşinyan bəla oldu: ermənilərin deportasiyası başladı

Almaniya hökuməti erməni miqrantların kütləvi deportasiyasına başlayıb.


Ekspress.az xəbər verir ki, bu məlumatı “İravunk” qəzeti yayıb.


“Cari ilin yanvarından mayına qədər təxminən 250 erməni Almaniyadan Ermənistana deport edilib. Berlin həmçinin Almaniyadan daha 160 ermənini geri göndərməyi planlaşdırır. Kütləvi deportasiyanı Almaniya hökuməti Ermənistanda baş verən inqilabla əlaqələndirir. Öz gələcəklərini Almaniya ilə əlaqələndirən, amma Nikol Paşinyanı aktiv şəkildə dəstəkləyən ermənilər indi bu hərəkətlərinə görə peşman olublar. Onlar hadisələrin belə inkişafını gözləmirdilər”, – məqalədə bildirilib (axar.az).


Belçikada olan erməni miqrantlar üçün də analoji situasiyanın təkrarlanması gözlənilir.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND