Qal­ma­qal­lı di­rek­tor

29.11.2018 20:19
87
Qal­ma­qal­lı di­rek­tor

175 say­lı mək­tə­bin di­rek­to­ru Tu­ral Mir­zə­li­yev ye­nə diq­qət mər­kə­zin­də­dir. Di­rek­to­run ak­tyor­la da­va­sı bit­mə­miş, ver­di­yi açıq­la­may­la da­ha bir qal­ma­qa­lın əsa­sı­nı qoy­du. Al­lah bun­dan be­tə­rin­dən sax­la­sın...

 

Ötən həf­tə ak­tyor Rza Rza­yev­lə 175 say­lı mək­tə­bin di­rek­to­ru Tu­ral Mir­zə­li­yev ara­sın­da baş ve­rən in­si­dent hə­lə də mü­za­ki­rə olun­maq­da­dır. De­yi­lən­lə­rə gö­rə, ak­tyor di­rek­to­ru ne­cə dö­yüb­müşs­mə, T.Mir­zə­li­yev in­di-in­di özü­nə gə­lir. Bu ara­da, in­si­dent­lə bağ­lı Ci­na­yət Mə­cəl­lə­si­nin 221.1-ci (xu­li­qan­lıq) mad­də­si ilə ci­na­yət işi baş­la­nıb, ha­zır­da Ni­za­mi ra­yon Po­lis İda­rə­si­nin is­tin­taq şö­bə­sin­də zə­ru­ri is­tin­taq və əmə­liy­yat təd­bir­lə­ri da­vam et­di­ri­lir.


Ye­ri gəl­miş­kən, mək­təb di­rek­to­ru sa­ğa­lar-sa­ğal­maz "Ye­ni Mü­sa­vat"ın can­lı ya­yı­mın­da baş ve­rən­lər­lə bağ­lı açıq­la­ma­lar ve­rib. Onun hə­min mək­tə­bin keç­miş mü­əl­li­mi Röv­şən Əzi­zov ba­rə­sin­də de­dik­lə­ri da­va­nı köl­gə­də qo­yub. T.Mir­zə­li­yev R.Əzi­zo­vun bir müd­dət ön­cə so­si­al şə­bə­kə­də yaz­dı­ğı id­dia olu­nan fi­kir­lə­ri səs­lən­di­rib: "Röv­şən Əzi­zo­vun yaz­dı­ğı 1 sta­tu­su oxu­ya­cam və özü­nüz hər şe­yi an­la­ya­caq­sız. O ya­zır: "Ölüm ba­rə­də dü­şün­dü­yüm an­da o qar­şı­ma çıx­dı. O za­man mən ye­ni mü­əl­lim iş­lə­yir­dim və onun 9 ya­şı var idi. İlk gör­dü­yüm gün hə­ya­tım­da gü­nəş doğ­du. Mü­əl­li­min 9 yaş­lı qı­za qar­şı vu­rul­ma­sı­na hər kəs qar­şı çıx­dı. An­caq bü­tün ən­gəl­lə­ri aş­dıq və xoş­bəxt ol­duq".


De­mə, mü­əl­li­min bu əmə­lin­dən xə­bər tu­tan ki­mi di­rek­tor onu iş­dən çı­xa­rıb.


Mək­təb di­rek­to­ru­nun du­rub-du­rur­kən mü­əl­lim haq­qın­da səs­lən­dir­di­yi fi­kir­lə­rə elə hə­min mü­əl­li­min özü ca­vab ve­rib. "Əgər Röv­şən be­lə şey edib­sə, bəs sən on­da ni­yə 9 yaş­lı qı­zı­nı mə­nim ya­nı­ma gön­də­rir­din?" de­yən R.Əzi­zov T.Mir­zə­li­ye­vin onun haq­qın­da səs­lən­dir­di­yi "9 yaş­lı qı­za aşiq olub" id­dia­sı­na da mü­na­si­bət bil­di­rib. De­yib ki, bun­lar ha­mı­sı şər­dir, böh­tan­dır. O, ümu­miy­yət­lə be­lə bir şe­yin ol­ma­dı­ğı­nı bil­di­rir: "Əgər be­lə şey var­sa, sən ni­yə qı­zı­nı o mü­əl­li­min ya­nı­na gön­də­rir­din? Onun qı­zı mə­nim çək­di­yim vi­deo­lar­da var, "you­tu­be"də də, sayt­lar­da da bu haq­da mə­lu­mat ya­yım­la­nıb. Han­sı ki­şi 9 yaş­lı qı­zı­nı "pe­do­fil" de­di­yi ada­mın ya­nı­na gə­ti­rər?"


Keç­miş mü­əl­lim mək­təb di­rek­to­ru­nu ya­lan da­nış­maq­da it­ti­ham edib. Onun özü üçün də ma­raq­lı­dır ki, Mir­zə­li­yev nə­yə gö­rə in­di­yə­dək da­nış­mır­dı: "Əgər əlin­də fakt var idi­sə, on­da ni­yə su­sur­dun. Mə­nim dü­nən­ki vi­deo mü­ra­ciə­tim­dən son­ra da­nış­maq qə­ra­rı­na gə­lib, an­caq da­nış­dıq­la­rı ya­lan­dır, şər­dir".


R.Əzi­zov T.Mir­zə­ləi­ye­vin ak­tyor tə­rə­fin­dən dö­yül­mə­si­nə də şüb­həy­lə ya­na­şır: "Üzü­nə zər­bə də­yən adam ne­cə ol­du ki, be­lə tez aya­ğa qalx­dı, sa­ğal­dı? Bu su­al­la­ra ca­vab tap­maq la­zım­dır".


Nə­sə, mək­təb di­rek­to­ru­nun ak­tyor­la da­va­sı bit­mə­miş baş­qa bir qal­ma­qa­lın əsa­sı qo­yul­du. Ma­raq­lı ha­di­sə­lər baş ve­rir, iz­lə­mə­yə də­yər...