Türkiyə yeni qaz yatağını istifadəyə verib

12.02.2019 12:12
78
Türkiyə yeni qaz yatağını istifadəyə verib

Türkiyədə kəşf edilən yeni qaz yatağının hasilata başlanılıb.


Enerji və Təbii Ehtiyatlar naziri Fatih Dönməz yataqdan hasilatı bildirən kranı açıb. "Türkiyə Petrolları Anonim Ortaqlığı"nın (TPAO) İstanbul Silivridə yerləşən Qərbi Çeltik-1 və Qərbi Değirmenköy 4-5 quyularında təbii qazı alovlandırılıb.

 

Nazir Dönməz burada etdiyi çıxışında, Qərbi Çəltik və Qərbi Değirmenköy sahələrindəki istehsalla yerli istehsalın 2 dəfə artacağını qeyd edib (Marja).

 

Nazir, "Yeni kəşf edilən və istehsala başlanan Qərbi Çəltik və Qərbi Değirmenköy sahələrimizdə illik təxminən 300 milyon kubmetr təbii qaz istehsal etmək gücünə çatacağıq. Hər iki sahədə cəmi 3 milyard kubmetrlik bir ehtiyat təsbit etmişik. Kəşf etdiyimiz sahələrdə həyata keçiriləcək istehsal, cari kəsirin 5 milyard lirə azalmasını təmin edəcək səviyyədədir", - ifadələrini istifadə edib.

 

Türkiyənin karbohidrogen ehtiyatlarının məhdud olduğunu bildirən Dönməz, qazma və hasilat fəaliyyətlərinin fasiləsiz davam etdiyini deyib.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND