"Yenidən Rusiya ilə yaxşı münasibətlərə malik olacağıq" - Tramp

12.01.2019 22:37
114
"Yenidən Rusiya ilə yaxşı münasibətlərə malik olacağıq" - Tramp

ABŞ prezidenti Donald Tramp ölkəsinin Rusiya ilə yaxşı münasibətlərə malik olacağına əmin olduğunu bildirib.


Ekspress.az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə özünün "Tvitter" səhifəsində yazıb.


"Mən Rusiyaya Obamadan, Buşdan və ya Klintondan daha sərt idim. Ola bilər, istənilən digər prezidentdən də daha sərt. Eyni zamanda, tez-tez deyirəm - Rusiya Federasiyası ilə yola getmək yaxşıdır, pis deyil. Mən gözləyirəm, biz bir dəfə yenidən Rusiya ilə yaxşı münasibətlərə malik olacağıq", - deyə Tramp yazıb. 


Qeyd edək ki, ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) prezident Donald Trampın Rusiyanın xeyrinə çalışıb-çalışmamasına dair araşdırmaya başlayıb.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND