• 11 °C Bakı
  • 8 °C Quba
  • 10 °C Gəncə
  • 10 °C Yevlax
  • 4 °C Naxçıvan

Rusiya yığmasının baş məşqçisi: ““Kür” təlim məşqləri üçün unikal bazadır” - FOTO

25.03.2019 14:40
73
Rusiya yığmasının baş məşqçisi: ““Kür” təlim məşqləri üçün unikal bazadır” - FOTO


Xeyli müddətdir, Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təlim-məşq toplanışı keçən avarçəkmə üzrə qadınlardan ibarət Ruisya milli komandası hazırlıq prosesini başa vurub. Komanda bu gün ölkəsinə qayıdır.


Yığmanın baş məşqçisi Aleksandr Litvinçev hazırlıq prosesinin proqrama uyğun, yüksək səviyyədə yerinə yetirildiyini deyib. O bildirib ki, əsas və gənclərdən ibarət millilərin yer aldığı toplantıda perspektivli gənc idmançılarla yanaşı, dünya və Avropa birinciliklərinin qalibləri, mükafatçıları olan Lena Rıbinskaya, Katya Potapova, Katya Sebastyanova, Nastya Tixonova,Anna Aksyonova,Liza Korniyenko,Kira Yurçenko və digər təcrübəli avarçəkənlər yer alıb (ONA).


Aleksanr Litvinçev 2017-ci ilin baharından davamlı olaraq üz tutduqları bu bazanın mövcud imkanları və qızların gərgin məşqləri sayəsində ildən ilə uğurlarının artdığını deyib:


“Kür çayı avarçəkmə üçün ən arzuolunan su hövzəsidir. Çünki bu çayda qayıqlarla uzun məsafələri qət etmək olur, süni bazalardan fəqli olaraq, yersiz dönüşlərə ehtiyac qalmır. Burada manevr imkanları genişdir. Üstəlik küləksiz, yaxud az təsadüf olunan zəif küləkli hava şəraiti təlim üçün ideal sayılır. Ən əsası isə belə bir əlverişli çay sahilində “Kür” kimi çox yüksək imkanlara malik idman kompleksinin salınması Mingəçevirdəki bazanı daha da cəlbedici edir. “Kür” unikal bazadır və dünyada beləsi yoxdur.


Ötən il əsas milli 4 nəfərlik sükansız qayıqlarda Avropa çempionu adını qazandı, dünya birinciliyində isə bürünc mükafata yiyələndi. Gənclərdən ibarət yığma komandamız isə 23 yaşadək idmaçılar arasında dünya birincisi oldu. Bunlarla yanaşı 8 və 2 nəfərlik qayıqlarda böyük uğurlar qazandıq”.


Rusiyalı məşqçisi komnadasını qarşıdakı dönəmdə növbəti ciddi yarışlar gözlədiyini deyir. Onların arasında olimpiya lisensiya xarakerli birincilik də var.


Aleksandr Litvinçev Azərbaycandakı təlim məşq toplanışlarında onlara mənəvi stimul yaradan bir başqa amilin yerli əhalinin qonaqpərvərliyi ilə bağlı olduğunu bildirib.



Ekspress.az

  • SON XƏBƏR
  • TREND