Səhiyyə Nazirliyindən “donuz qripi” ilə bağlı açıqlama

16.01.2019 18:10
387
Səhiyyə Nazirliyindən “donuz qripi” ilə bağlı açıqlama

Sosial şəbəkələrdə küləklə birlikdə Azərbaycana donuz qripi virusunun gəlməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.

 

Ekspress.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ölkəmizdə bu virus yayılmayıb:

“Ümumtəhsil müəssisələrində dərslərin dayandırılması Ekologiya və Təbii Sərvətlər Nazirliyinin havanın kəskin şəkildə dəyişməsi barədə verdiyi xəbərdarlıqla əlaqəlidir. Vətəndaşlardan xahiş olunur ki, təxribata uymasınlar. Ölkədə epidimioloji durum tam nəzarət altındadır”.

 

Qeyd edək ki, “Votsap”da yayılan səsyazısında sabah ölkəyə külək vasitəsilə donuz qripinin yayılacağı iddia edilir.