• 13 °C Bakı
  • 8 °C Quba
  • 10 °C Gəncə
  • 7 °C Yevlax
  • 6 °C Naxçıvan

ABŞ eskadra mina gəmisini Qara dənizə göndərdi

20.01.2019 12:52
86
ABŞ eskadra mina gəmisini Qara dənizə göndərdi


ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) "USS Donald Cook" eskadra mina gəmisi Qara dənizə yola düşüb.


Ekspress.az "report.az"a istinadla xəbər verir ki, bu barədə ABŞ HDQ-nin altıncı donanmasının mətbuat xidməti məlumat yayıb.


"USS Donald Cook" yanvarın 19-da şimal istiqamətində Dardanel boğazını keçməyə başlayıb, o, dənizdə təhlükəsizliyin təmin olunması, sabitliyin möhkəmləndirilməsi və NATO üzrə müttəfiqlərimiz və regiondakı tərəfdaşlarımız ilə birgə hazırlıq əməliyyatları həyata keçirmək üçün Qara dənizə gedir", - deyə məlumatda bildirilir.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND