Dövlət Təhlükəsizlik Xidməti ilə bağlı FƏRMAN

08.10.2019 20:30
138
Dövlət Təhlükəsizlik Xidməti ilə bağlı FƏRMAN

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.


Fərmanda deyilir:


1. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 1, maddə 46; 2018, № 7, I kitab, maddə 1492; 2019, № 3, maddə 414) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti haqqında Əsasnamə”də və “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin strukturu”nda dəyişiklik təsdiq edilsin.


2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin. (axar)


Ekspress.az