Öldü bildikləri qızlarına 27 il sonra qovuşdular - FOTO

28.01.2019 19:09
569
Öldü bildikləri qızlarına 27 il sonra qovuşdular - FOTO

ATV-də yayımlanan "Bizimləsən" verilişində 27 illik həsrətə son qoyulub.


Ekspress.az xəbər verir ki, Nuranə adlı gəlin sözügedən verilişə hepatit xəstəliyinə kömək məqsədilə müraciət edib. Sonradan məlum olub ki, Nuranə vaxtilə kimsəsizlər evində böyüyüb. Elə bundan sonra onun valideynlərinin axtarışına başlaınılıb. Nuranə onun atıldığını desə də, bu gün məlum olub ki, əslində o atılmayıbmış.


Belə ki, onun anası efirə gələrək 27 illik həsrətə son qoyub və gerçəkləri anladıb. Anası bildirib ki, Nuranə yarımçıq doğulduğuna görə doğum evində ona körpəsinin öldüyünü deyiblər. Valideynlər öldü bildikləri körpənin nəşini də götürmədən doğum evindən gediblər.


Sonradan körpənin ölmədiyini görən həkimlər onu körpələr evinə veriblər...

Doğum haqqında şəhadətnamədə Nuranənin anasının adı yazılsa da, atasının adının qarşısında XXX qoyulub.


Verilişə baxan qohumları Nuranənin anasına deyiblər ki, sənə oxşar bir qız 27 il bundan öncə doğum evindən kimsəzilər evinə verildiyini və anasının adını da açıqlayıb.


Bundan sonra Nuranənin valideynləri ATV-yə gəliblər. Atası həyacanlı olduğuna görə efirə çıxmasa da, ana canlı yayıma gələrək qızı ilə qovuşub.


Qeyd edək ki, Nuranə ailəlidir və onun bir övladı var.


Ekspress.az

Açar sözlər: