Kapital Bank-ın 3,5 milyard manat aktivi var

11.10.2018 14:15
35
Kapital Bank-ın 3,5 milyard manat aktivi var


Kapital Bank-ın aktivləri 1 sentyabr 2018-ci il tarixinə 3,5 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 1,4 milyard manat olub.


Kapital Bankdan verilən məlumata əsasən, bankda müştəri depozitlərinin həcmi 1 sentyabr 2018-ci il tarixinə 2,7 milyard manat olub. Əhalinin əmanətlərinin həcmi isə 1 milyard manat təşkil edib ki, hesabat dövrünün əvvəli ilə müqayisədə bu göstərici 235 milyon manat çoxdur.


Bankın 1 sentyabr 2018-ci il tarixinə tutulmalardan sonra məcmu kapitalı 295,3 milyon manat, adi və imtiyazlı səhmlər isə 205,8 milyon manat təşkil edir


Qeyd edək ki, Kapital Bank Moody's və Standard & Poor's beynəlxalq reytinq Agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.


Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND