Lift pu­lu

27.11.2018 19:17
112
Lift pu­lu

Əv­vəl fi­kir­ləş­dim ki, tə­zə baş di­rek­tor­du de­yə, lift pu­lu­nu qal­dır­maq is­tə­yir. Am­ma son­ra de­dim yox, heç kəs is­tə­məz ki, ca­maa­tın ya­dın­da lift pu­lu­nu qal­dı­ran di­rek­tor ki­mi qal­sın. Elə yax­şı­dır ki, Xa­lid Ələk­bə­rov özü də onun adın­dan de­yil­miş söz­lə­ri tək­zib et­di...


Ba­kı Şə­hər İc­ra Ha­ki­miy­yə­ti­nin ta­be­li­yin­də olan "Lift­tə­mir" İs­teh­sa­lat Bir­li­yi­nin ye­ni baş di­rek­to­ru Xa­lid Ələk­bə­rov düz de­yir ki, və­tən­daş­lar lift pu­lu­nu ödə­mək is­tə­mir­lər. Ca­maa­tı­mız xam öy­rə­nib, lift­dən is­ti­fa­də edir­lər, am­ma lift pu­lu­nu ödə­mə­yə gə­lən­də heç kəs əli­ni ci­bi­nə sal­maq is­tə­mir.


Adam ta­nı­yı­ram ki, pul ver­mək əvə­zi­nə evi­nə pil­lə­kən­lar­lə qal­xıb dü­şür. Ca­nı­na da ya­zı­ğı gəl­mir.

"Lift­tə­mir" də di­gər qu­rum­lar ki­mi nağd ödə­niş­dən qaç­ma­ğı plan­laş­dı­rır. "Bu gün iş­çi­lə­ri­miz və­tən­daş­dan 20 qə­pik al­maq üçün qa­pı­nı dö­yür. Əha­li elə dü­şü­nür ki, biz o pu­lu ci­bi­mi­zə qo­yu­ruq. Am­ma on­lar bil­mir ki, adam­ba­şı­na dü­şən lift ödə­niş­lə­ri­nin qiy­mə­ti 20 qə­pik de­yil" de­yən baş di­rek­tor "oxu.az"a bil­di­rib ki, adam­ba­şı­na dü­şən lift ödə­niş­lə­ri ilə bağ­lı tək­lif ha­zır­la­nır. "Na­zir­lər Ka­bi­ne­ti məs­lə­hət bil­sə, qiy­mət­lər ar­tı­rı­la bi­lər. İda­rə­miz döv­lət və­sai­ti­nin he­sa­bı­na iş­lə­yir, əmək­haq­qı ve­ri­rik. Ödə­niş az ol­du­ğu üçün iş­çi­lə­rin əmək­haq­qı­nı qal­dı­ra bil­mi­rik. Çün­ki döv­lət­dən ma­liy­yə­lə­şi­rik".


He­sa­bat­la gö­tü­rən­də adam­ba­şı­na lift pu­lu bir ma­nat 80 qə­pik-iki ma­na­ta ya­xın çı­xır. "Am­ma tək­lif­də mi­ni­mum bir ma­nat qeyd edi­lib. Bu məb­ləğ ol­sa və nağd­sız he­sa­ba ke­çil­sə, iş­çi­lə­ri­mi­zin də qa­pı-qa­pı dü­şüb pul yığ­ma­sı mə­sə­lə­si ara­dan qal­xar. İn­san var ki, ge­dir bir ma­na­ta adi su alıb içir, am­ma lift­lə qalx­ma­ğa pul ödə­yən­də de­yir ki, ni­yə 20 qə­pik ödə­yi­rəm? Qiy­mət tək­lif­də­ki məb­ləğ ol­sa, lift xa­rab olan­da onu tə­mir et­mək, və­sa­it qoy­maq olar".


Açı­ğı, fi­kir­ləş­dim ki, yə­qin X.Ələk­bə­rov tə­zə baş di­rek­tor ol­du­ğun­dan, lift pu­lu­nu qal­dır­maq is­tə­yin­də­dir. Am­ma gü­nün ikin­ci ya­rı­sın­da onun "mo­dern.az"a de­dik­lə­rin­dən an­la­şıl­dı ki, lift xid­mət­lə­ri üçün ta­rif­lə­rin qal­dı­rıl­ma­sı bu gün ak­tu­al de­yil. Bu gün qiy­mət ar­tı­mın­dan söh­bət be­lə get­mə­di­yi­ni de­yən ye­ni baş di­rek­tor gə­lə­cək­də ta­rif­lə­rə ba­xı­la və 1 ma­na­ta­dək qal­dı­rı­la bi­lə­cə­yi­ni is­tis­na et­mir. Ta­rif­lə­rə ye­ni­dən ba­xı­la­ca­ğı təq­dir­də də xid­mət sə­viy­yə­si­nin yük­səl­dil­mə­si əsas gö­tü­rü­lə­cək.


Ta­ri­fə ye­ni­dən ba­xıl­sa, lift­lə­rin abo­nent­lə­rin he­sa­bı­na tə­mir edil­mə­si mə­sə­lə­si də həl­li­ni ta­pa­

caq, yə­ni bu işi İs­teh­sa­lat Bir­li­yi­nin özü edə­cək. Bun­dan baş­qa, qa­pı-qa­pı dü­şüb pul yığ­maq söh­bə­ti də ya­ğış­dı­rı­la­caq. Baş di­rek­tor bə­ri­baş­dan xə­bər­dar­lı­ğı­nı da edib: "Kim qa­pı-qa­pı dü­şüb lift tə­mi­ri üçün pul yığ­sa, o adam iş­dən azad olu­na­caq. Be­lə şey yol­ve­ril­məz­dir. Biz il­lər­lə da­ya­nan lift­lə­ri tə­mir edib is­tis­ma­ra bu­rax­mı­şıq. Ne­cə olur ki, in­di kim­sə və­tən­daş­dan pul yı­ğır?!"


Ye­ri gə­lib de­yə ma­raq­la­nı­ram, gö­rə­sən, bu bir­lik­də doğ­ru­dan pul çox­dur? Öz ara­mız­dır, Xa­lid Ələk­bə­rov­dan əv­vəl­ki ida­rə rəi­si Qüd­rət Şü­kü­rov elə bu söh­bət­lə gün­də­mi zəbt et­miş­di...