“Ötən il 27 uşaq övladlığa verilib” - Nazirlik

02.02.2019 16:36
214
“Ötən il 27 uşaq övladlığa verilib” - Nazirlik

2018-ci il ərzində 27 körpə Azərbaycan vətəndaşlarına övladlığa verilib. 


Ekspress.az xəbər verir ki, bu barədə Azvision.az -ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, övladlığa verilən uşaqlardan 19-u oğlan, 8-i qızdır: "Övladlığa uşaq götürmək üçün müraciət edənlər cinsi ayrıseçkilik etmirlər". 


2017-cı ildə isə Səhiyyə Nazirliyi vasitəsilə 32 uşaq övladlığa verilib. 


Qeyd edək ki, 0-3 yaş arası uşaqların övladlığa verilməsinə Səhiyyə, 3-18 yaş arası Təhsil Nazirliyi, ölkələrarası övladlığa verilmə məsələsinə isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nəzarət edir. 


Ekspress.az

Açar sözlər: