Avropada hər oyunda ən çox qol vuran hansı komandadır?

21.01.2019 19:04
365
Avropada hər oyunda ən çox qol vuran hansı komandadır?

Fransanın PSJ futbol klubu cari mövsümdə hər oyunda orta hesabla ən çox qol vurmaqla Avropada liderdir.


Ekspress.az xəbər verir ki, PSJ klubu hər oyuna orta hesabla 3,26 qol vurur. İspaniyanın “Barselona” komandası 2,8 qolla ikinci yerdədir.


İlk üçlüyü Almaniyanın “Borussiya Dortmund” klubu 2,5 qolla tamamlayır. Dördüncü və beşinci yerlərdə isə İngiltərənin “Liverpul” (2,34) və İtaliyanın “Yuventus” (2,0) klubları qərarlaşıblar.


Qeyd edək ki, PSJ 53 xalla Liqa 1-də, “Barselona” 46 xalla La Liqada, “Borussiya Dortmund” 45 xalla Bundesliqada, “Liverpul” 60 xalla Premyer Liqada və “Yuventus” isə 53 xalla Seria A-da birinci pillədə yer alıblar.

Açar sözlər: