İki boksçumuz dünya çempionatında 1/8 finala yüksəldi

16.09.2019 09:45
80
İki boksçumuz dünya çempionatında 1/8 finala yüksəldi

Rusiyanın Yekaterinburq şəhərində kişi boksçular arasında dünya çempionatı davam edir. 


Ekspress.az -ın məlumatına görə, mundialın yeddinci günündə Azərbaycan millisinin 3 boksçusu qüvvəsini sınayıb. Onlardan ikisi mərhələ adlayıb, biri yarışla vidalaşıb. 


Yığma üzvlərindən Tayfur Əliyev 1/16 final çərçivəsində ilk mərhələdən azad olan türkmənistanlı Yazmurat Qurbanovla qarşılaşıb. 57 kq çəkidə aparan boksçu Tiaqo Puqnonun (İsveçrə) ardınca bu rəqibini də dünya çempionatından kənarlaşdırıb. O, yenə 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:25) hesablı qələbə qazanıb.

 

T. Əliyev 1/8 finalda ingiltərəli Peter Makqraillə qarşılaşacaq. 


Avropa Oyunlarının qalibi Dominqes Alfonso (81 kq) da günü qalib kimi başa vurub. İlk görüşdən azad olan boksçu 1/16 finalda Qazimaqomed Calidovla (İspaniya) üz-üzə gəlib. Gərgin keçən döyüşdə təmsilçimiz rəqibini 3:2 (30:27, 28:29, 28:29, 29:28, 29:28) hesabı ilə məğlub edib. 


O, 1/8 final döyüşündə avstriyalı Umar Cambekovla münasibətinə aydınlıq gətirəcək. 

Hər iki görüş sentyabrın 17-də olacaq. 


Bu boksçulardan fərqli, İsmayıl Yaqubov (91 kq) məğlubiyyətə üzülüb. O, Ukrayna təmsilçisinə 1:4 (30:27, 28:29, 28:29, 28:29, 28:29) hesabı ilə məğlub olub. 


Qeyd edək ki, daha öncə Məsud Yusifzadə (52 kq) də 1/8 finala yüksəlib. (unikal)


Ekspress.az 

  • SON XƏBƏR
  • TREND