Popkorn satan uşaqla bağlı status yazan deputat danışdı


08.05.2019 21:16
247
Popkorn satan uşaqla bağlı status yazan deputat danışdı

Xəbər verdiyimiz kimi, iki gün öncə Milli Məclisin deputatı Rasim Musabəyovun “Azneft” meydanı ərazisində yerləşən yeraltı keçiddə küçə ticarəti ilə məşğul olan yeniyetmə ilə bağlı etirazları nəticə verib.


Ekspress.az xəbər verir ki, həmin “pop-korn” satan yeniyetmə keçiddən uzaqlaşdırılıb.


Qeyd edək ki, deputatın sosial şəbəkədə yazdığı status və paylaşdığı foto tənqidlərə səbəb olub.


Bununla bağlı BiG.AZ deputat Rasim Musabəyovla əlaqə saxlayıb.


O, bu barədə danışmaq istəmədiyini bildirib: "Mən bu məsələ ilə bağlı fikirlərimi statusumda qeyd etmişəm. Kimsə bununla bağlı məni bir daha narahat etməsin".


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND