"Votsap" bu smartfonlarda fəaliyyətini dayandırır

02.01.2019 12:33
257
"Votsap" bu smartfonlarda fəaliyyətini dayandırır

"Votsap" (WhatsApp) bu ilin əvvəlindən bəzi məşhur əməliyyat şəbəkələrinin dəstəyindən imtina edəcək.


Ekspress.az xəbər verir ki, bu barədə şirkətin saytında messencerin komandası bildirib.


Qeyd olunur ki, dəyişikliklər 1999-cu ildə yaradılmış "Nokia Series 40" əməliyyat sistemli telefonlara aid olacaq. 2012-ci ildə "Nokia S40"ın müxtəlif seriyaları ilə dünyada bu mobil qurğuların miqdarı 1,5 milyarddan çox olub.


Bundan başqa, 2020-ci ilin 1 fevralından bu dəyişiklik "Android 2.3.7" versiyalı smartfonlara da aid olacaq. "Votsap" həmin versiyalı telefonlarda da fəaliyyət göstərməyəcək.


Məlumata görə, "Votsap" daha köhnə, həmçinin "iOS 7" versiyalarının da dəstəyindən imtina edəcək. 

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND