Azərbaycanlılar Fuad Abbasovun həbsinə görə etiraz aksiyası keçirib - FOTO

16.06.2019 15:24
129
Azərbaycanlılar Fuad Abbasovun həbsinə görə etiraz aksiyası keçirib - FOTO

Rusiyanın paytaxtı Moskvada azərbaycanlılar bu ölkədə həbsdə olan jurnalist Fuad Abbasovla bağlı Arbitiraj Məhkəməsinin qarşısında aksiya keçiriblər.


Soydaşlarımız aksiyaya Fuad Abbasovun fotoları ilə qatılıblar.


Rusiyada Azərbaycan Milli-Mədəni Muxtariyyətinin təsiscilərindən olan Ramiz Mikayılov "Report"un yerli bürosuna açıqlamasında aksiyaya qoşulmağın məqsədindən danışıb.


"Məqsədimiz Rusiyada həbsdə saxlanılan azərbaycanlı jurnalist barədə səsimizi bu ölkənin içtimaiyyətinə çatdırmaq və Fuad Abbasovun Azərbaycana göndərilməsini tələb etməkdən ibarətdir" - deyə o bildirib.


Qeyd edək ki, Moskva vilayətinin Ximki Şəhər Məhkəməsi F.Abbasovun Rusiyadan deportasiya olunması barədə qərar çıxarıb. Qərardan Moskva Vilayət Məhkəməsinə apelyasiya şikayəti verilib. Lakin məhkəmə şikayəti təmin etməyib.


Moskva vilayətinin Korolyov şəhərindəki miqrantlar məntəqəsində saxlanılan F.Abbasov Azərbaycana deportasiya olunmasını gözləyir (report). O, iki dəfə öz hesabına bilet alsa da, jurnalisti Azərbaycana deportasiya etməyiblər.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND