"Wikipedia"da problem yaranıb


27.06.2019 09:35
93
"Wikipedia"da problem yaranıb

Dünyanın bir sıra ölkələrində "Wikipedia"nın fəaliyyətində problem yaranıb.


Ekspress.az xəbər verir ki, bu barədə məşhur internet resurslarının fəaliyyətini müşahidə edən "Downdetector" xidməti məlumat yayıb.


Qeyd edilir ki, "Wikipedia"nın işində problem ABŞ-ın şərq sahilində, yerli vaxtla saat 08:38-də qeydə alınıb. Bu internet resursun fəaliyyətində ABŞ-la yanaşı, Böyük Britaniya, Danimarka, Almaniya, Rusiya və digər Avropa ölkələrində problemlər müşahidə edilir.


Qeyd edək ki, Azərbaycanda da "Wikipedia"ya daxil olmaq çətinləşib.  


Ekspress.az

  • SON XƏBƏR
  • TREND