Azərbaycanın qadın güləş millisi Avropa 4-cüsü olub


15.04.2019 09:25
112
Azərbaycanın qadın güləş millisi Avropa 4-cüsü olub

Azərbaycanın güləş üzrə qadınlardan ibarət yığma komandası Avropa çempionatını uğurla başa vurub.


Ekspress.az xəbər verir ki, yarışa 8 güləşçiylə yollanan milli komanda 1 qızıl, 3 bürünc medal qazanıb.


Ümumilikdə 96 xal toplayan komanda Avropa 4-cüsü olub. Yığmanın yalnız Rusiya (168), Bolqarıstan (112) və Türkiyədən (98) geri qalıb.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND