ABŞ İranın hərbi sistemini çökdürdü


29.08.2019 13:05
120
ABŞ İranın hərbi sistemini çökdürdü

ABŞ İrana kiberhücum təşkil etdiyi üçün Tehran Fars körfəzindəki tankerlərə hücum edə bilməyib.


Ekspress.az xəbər verir ki, bu məlumatı “Nyu York Tayms” öz mənbələrinə istinadən yayıb.


Məlumata görə, ABŞ hakerlərinin hədəfi İran İslam İnqilabı Keşikçilər Korpusu olub. Tehranın indiyə qədər kiberhücumun nəticələrini ortadan qaldıra və hərbi bölmələr arasında əlaqəni bərpa edə bilmədiyi vurğulanıb.

Vaşinqton bu kiberhücumu ABŞ PUA-sının məhv edilməsinə cavab kimi qiymətləndirib. (axar)


Ekspress.az



Açar sözlər: