ABŞ Bakıya hərbi yardım etdi – Sərkisyan


12.09.2019 10:50
115
ABŞ Bakıya hərbi yardım etdi – Sərkisyan

ABŞ Azərbaycana 10 milyon dollardan çox hərbi yardım edib.


Ekspress.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində erməni politoloq Suren Sərkisyan paylaşıb.


“Bu gün Pentaqon Azərbaycana antiterror fəaliyyəti və kəşfiyyat sistemlərinin əldə olunması üçün 10.082.812 dollar yardım təqdim edib”, – deyə o bildirib.


Sərkisyan, həmçinin, amerikalıların Azərbaycan Ordusunun hərbçilərinin Xəzər dənizinin təhlükəsizlik proqramı çərçivəsində xüsusi hazırlığını həyata keçirəcəyini də xatırladıb. (axar)


Ekspress.az


Açar sözlər: