Çempionlar Liqası heç-heçə ilə başladı

18.09.2019 09:40
122
Çempionlar Liqası heç-heçə ilə başladı

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinə start verilib.


Ekspress.az xəbər verir ki, F qrupunun ilk matçında "İnter" (İtaliya) və "Slaviya" (Çexiya) klubları üz-üzə gəliblər. Görüş 1:1 hesablı gözlənilməz heç-heçə ilə nəticələnib.


Qrupun digər görüşü "Borussiya" (Dortmund, Almaniya) ilə "Barselona" (İspaniya) arasında keçirilir.


Qeyd edək ki, Çempionlar Liqasında qrup mərhələsinin ilk oyun günündə E, F, G və H qruplarında 8 görüş nəzərdə tutulub. (unikal)


Ekspress.az