• 21 °C Bakı
  • 18 °C Quba
  • 27 °C Gəncə
  • 25 °C Yevlax
  • 27 °C Naxçıvan

Şagirdlər kibertəhlükəsizliklə bağlı məlumatlandırılmalıdır

13.03.2019 14:44
130
Şagirdlər kibertəhlükəsizliklə bağlı məlumatlandırılmalıdır

“Azərbaycanın orta məktəblərində informatika fənninin tədrisi və informatika müəllimlərinin səviyyəsi artırılmalıdır”.


Ekspress.az xəbər verir ki, bu haqda Bakıda keçirlən VI Regional İnternet İdarəçilik Forumunda nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə məlumat verib.


E.Vəlizadənin sözlərinə görə, internetdəki viruslarla mübarizə, elementar kibertəhlükəsizlik mədəniyyətinin formalaşdırılması orta məktəblərdən başlamalıdır: “Bu barədə məlumatlar dərsliklərə salınmalıdır. Bu gün şagirdlərin hər biri yeni texnologiyalardan istifadə edir. Onlar artıq ali məktəbə gələnə qədər bu hallarla rastlaşırlar. Biz onları kibertəhlükəsizliklə bağlı məlumatlandırmalıyıq. Bu istiqamətdə aidiyyatı qurumlar tərəfindən addımların atılması gözlənilir".


Ekspress.az

  • SON XƏBƏR
  • TREND