• 9 °C Bakı
  • 3 °C Quba
  • 9 °C Gəncə
  • 8 °C Yevlax
  • 16 °C Naxçıvan

Gəncədə vəfat edən polkovnik imiş

09.02.2019 17:50
495
Gəncədə vəfat edən polkovnik imiş

Şəmkirin sabiq polis rəisi, Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi rəisinin müavini, polis polkovniki Şükür Mehdiyev vəfat edib.


Ekspress.az xəbər verir ki, o, Gəncə Beynəlxalq Xəstəxanasında dünyasını dəyişib.


Məlumat üçün bildirək ki, Şükür Mehdiyev 16 aprel 2015-ci ildə Şəmkir Rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad edilib. Elə həmin il 4 may tarixində Baş Narkotiklərlə Mübarizə İdarəsi rəisinin müavini təyin olunub (qafqazinfo).


Qeyd edək ki, polkovnikin vəfat etməsi barədə xəbər yayılan kimi xəstəxanada təlaş yaranıb və xəbəri dəqiqləşdirməyən mənbələr keçmiş vergilər naziri Fazil Məmmədovun vəfat etdiyini düşünüblər. Beləliklə, xəbər sürətlə yerli KİV-lərdə dərc edilib.


Digər mənbələrdən verilən məlumata görə, Gəncədə vəfat edən Ş.Mehdiyev uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib.


Açar sözlər:
  • SON XƏBƏR
  • TREND