• 25 °C Bakı
  • 22 °C Quba
  • 23 °C Gəncə
  • 22 °C Yevlax
  • 22 °C Naxçıvan

Mattia Binotto: "Bakıya böyük yeniliklərlə gedirik"

25.04.2019 11:15
75
Mattia Binotto: "Bakıya böyük yeniliklərlə gedirik"

Ferrari komandasının rəhbəri Mattia Binotto bildirib ki, SF90-nın ilk böyük yeniliklərini Bakıya gətirəcəklər.


Ekspress.az F1-in rəsmi saytına istinadən xəbər verir ki, tiffozilər ilk 3 yarışda azarkeşlərini məyus ediblər. Bolid düzlüklərdə sürətli olsa da, döngələrdə rəqiblərindəb çox geridə qalır.


Mattia Binotto: “İlk 3 yarış istədiyimiz kimi getmədi. Bu yarış bizimçün çox vacibdir. Buna görə də yaxşı hazırlaşmışıq. İndiyə qədər topladığımız bütün məlumatları təhlil etdik. Bakıda uzun düzlüklər var və bu da mühərriyə əlavə güc salır. Həm daxiliyanma mühərriyi, həm də hibrid bölümdə əlavə xüsusi ehtiyaclar olacaq. Bu trasda ötmə etmək asan görünür. Xüsusilə də, bu il. Trasın səthi hamardır və buna görə də təkər yeyilməsi az olacaq. Amma təkərlərin iş rejiminə fikir vermək lazımdır. Burada təhlükəsizlik maşınının çıxma ehtimalı yüksəkdir. Buna görə də düzgün strategiya seçmək lazımdır. Bakıya böyük yeniliklərlə gedirik və bu, inkişafdakı ilk addım olacaq”.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND