Bu il 1-ci sinfə neçə nəfər gedəcək?


23.08.2019 11:17
101
Bu il 1-ci sinfə neçə nəfər gedəcək?

2019-2020-ci tədris ilində, 15 sentyabrda respublikamızın ümumtəhsil məktəblərinin I siniflərinə 164234 şagird gedəcək.


Ekspress.az xəbər verir ki, bu barədə məlumatı təhsil eksperti Kamran Əsədov verib.

Ekspert bildirib ki, orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) tam orta təhsil bazasından (XI sinif) 10001 nəfər, ümumi (9 illik) orta təhsil bazasından 9695 nəfər gedəcək:


“Peşə təhsili müəssisələrinə gedənlərin sayı isə 8808 nəfərdir. Universitetlərimizin I kursuna, bakalavr pilləsində təhsil almaq üçün ali təhsil müəssisələrinə 43480 tələbə, magistratura təhsili almaq üçün isə 6962 nəfər gedəcək”.


Ekspress.az