Makron Bakı ilə bağlı bizə vəd verib… - Toranyan


22.07.2019 11:37
78
Makron Bakı ilə bağlı bizə vəd verib… - Toranyan

Fransa Azərbaycana silah satan yeganə həmsədr ölkə deyil, bunu Rusiya da edir. Bununla belə, Rusiya Ermənistana da silah verir. Fransanın Azərbaycana silah satması qəbuledilməzdir. Bu məsələ ətrafında bizim Fransa hökumətiylə konfliktimiz var.


Ekspress.az xəbər verir ki, bunu “Tert.am” saytına açıqlamasında Fransanın Erməni Təşkilatları Koordinasiya Şurasının həmsədri, “Nouvelles d’Arménie” qəzetinin baş redaktoru Ara Toranyan deyib. Onun sözlərinə görə, Fransa Prezidenti Emmanuel Makron erməni diasporuna Azərbaycana Qarabağda istifadə edəcəyi silah satmayacağı vədini verib:


“Hazırda əsas məsələ bu vədin icrasıdır. Biz bütün informasiya mənbələrimizdən prosesi izləmək üçün istifadə edirik. Makronun vədinin həyata keçməsi üçün işləməliyik” (axar.az).


Ekspress.az

  • SON XƏBƏR
  • TREND