“Mançester Yunayted” Joze Mourinyoya 16,6 milyon avro təzminat ödəyəcək

10.01.2019 18:13
67
“Mançester Yunayted” Joze Mourinyoya 16,6 milyon avro  təzminat ödəyəcək

“Mançester Yunayted” klubunun sabiq baş məşqçisi Joze Mourinyonun istefası ilə əlaqədar portuqaliyalı mütəxəssisə ödəyəcəyi kompensasiyanın məbləği açıqlanıb.


Ekspress.az AZƏRTAC-a istinadən xəbər verir ki, “qırmızı şeytan”lar portuqaliyalı mütəxəssissə 15 milyon funt sterlinq (16,6 milyon avro) təzminat ödəyəcək.


Dekabrın 18-də Joze Mourinyo “Mançester Yunayted”in baş məşqçisi vəzifəsindən azad edilib. Bu vəzifədə mövsümün sonunadək onu klubun sabiq futbolçusu Ule-Qunnar Sulşer əvəzləyib.


Joze Mourinyo 2016-cı ilin mayından “Mançester Yunayted”in baş məşqçisi təyin edilib. Əlli beş yaşlı mütəxəssisin rəhbərliyi ilə İngiltərə kubokunu, Super kubokunu qazanan klub ötən il UEFA Avropa Liqasının qalibi olub.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND