Qaradağ rayonunda azyaşlı müəmmalı şəkildə ölüb

22.05.2019 22:49
110
Qaradağ rayonunda azyaşlı müəmmalı şəkildə ölüb

Bakının Qaradağ rayonunda 6 yaşlı uşaq müəmmalı şəkildə dünyasını dəyişib.


2013-cü il təvəllüdlü Sadıqlı Ayşən Məlik qızı ailəsi ilə birlikdə paytaxta gələrkən DYP-nin Qaradağ rayonu ərazisindəki nəzarət postunun yaxınlığında halı pisləşib.


Azyaşlı YPX müfəttişlərinin köməkliyi ilə 1 saylı Xəstəxanaya çatdırılsa da, artıq gec olub. A.Sadıqlı orada keçinib.


Hadisənin təfərrüatları rayon Prokurorluğu tərəfindən araşdırılır. Uşağın ölüm səbəbi dəqiq bilinmir.


Ekspress.az