Dəhşətli qəza: Eyni yerdə dördüncü dəfə baş verdi - VİDEO

09.10.2019 16:00
45
Dəhşətli qəza: Eyni yerdə dördüncü dəfə baş verdi - VİDEO

Bakının Azadlıq prospektində baş verən qəza kameralara düşüb. 


Ekspress.az xəbər verir ki, “Opel” markalı avtomobil işıqforun sarı işığından keçib.


Bu zaman digər hərəkət iştirakçıları üçün işıqforun yaşıl işığı yanıb və onlar hərəkətə başlayıb. “Opel” sürəti artırıb yolayrıcını keçmək istəsə də, buna nail ola bilməyib. O, yolayrıcına daxil olan digər avtomobilə çırpılıb.


Hadisə nəticəsində avtomobillərə ciddi ziyan dəyib. 


Qeyd edilib ki, bu, həmin ərazidə son vaxtlar baş verən dördüncü oxşar qəzadır. (avtosfer)



Ekspress.az


  • SON XƏBƏR
  • TREND