Deputatlar NƏ VAXT TƏTİLƏ ÇIXACAQ?


08.07.2019 09:36
204
Deputatlar NƏ VAXT TƏTİLƏ ÇIXACAQ?

Azərbaycan Milli Məclisinin (MM) deputatları gələn həftə tətilə çıxacaqlar.


Ekspress.az xəbər verir ki, parlamentin üzvləri iyulun 15-dən avqust ayının 30-dək istirahətdə olacaqlar.


Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, tətil dövründə qanunverici orqanın növbədənkənar sessiyası çağırıldıqda parlamentin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılırlar.

“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna əsasən, deputatlara məzuniyyətdə olduqları zaman müalicə olunmaları və istirahət etmələri üçün iki aylıq vəzifə maaşı məbləğində müavinət ödəniləcək.


Parlamentin payız sessiyası sentyabrın 30-da başlayır və dekabrın 30-dək davam edir. Sentyabrın 15-dən isə MM-in komitələri fəaliyyətə başlayır.


Ekspress.az

Açar sözlər: