Qırğızıstan Prezidenti Azərbaycan Baş Nazirinin birinci müavini ilə görüşüb


08.10.2019 09:10
46
Qırğızıstan Prezidenti Azərbaycan Baş Nazirinin birinci müavini ilə görüşüb

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov Azərbaycan-Qırğızıstan Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyasının iclasında iştirak etmək üçün Bişkekdə səfərdə olan Azərbaycan Baş Nazirinin birinci müavini, komissiyanın ölkəmiz tərəfdən həmsədri Yaqub Eyyubovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.


Ekspress.az xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb. Qeud olunub ki, görüşdə ölkələrimiz arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.


Dövlət başçısı deyib ki, Qırğızıstan Azərbaycanla qarşılıqlı inama və hörmətə əsaslanan dostluq əlaqələrinin və bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət verir. O vurğulayıb ki, ikitərəfli münasibətlərin gələcək inkişafında vacib məqamlardan biri də əhəmiyyətli reallaşdırılmamış amma potensiala malik iqtisadi əməkdaşlığın şaxələndirilməsidir.


Sooronbay Jeenbekov ölkələr arasında energetika, nəqliyyat, dağ-mədən sənayesi, turizm sahələrində birgə layihələrin həyata keçirilməsinin mühüm amillərdən olduğunu vurğulayıb.


Öz növbəsində Yaqub Eyyubov Azərbaycan Prezidenti İlham Əliyevin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçiriləcək Zirvə Görüşündə Sooronbay Jeenbekovu görməkdən məmnun olacağını söyləyib. O, komissiyanın üçüncü iclasının Bişkekdə keçirilməsinə görə Qırğızıstan tərəfinə minnətdarlıq edərək xatırladıb ki, ikinci iclas beş il bundan əvvəl Bakıda keçirilib.


Yaqub Eyyubov Prezident Sooronbay Jeenbekovun Azərbaycanla əməkdaşlığa xüsusi münasibəti səbəbindən hökumətlərarası komissiyanın işinin bərpa olunduğunu vurğulayıb. O, qeyd edib ki, iki dövlət arasında qardaşlıq münasibətləri ikitərəfli ticari-iqtisadi əlaqələrin əsasını təşkil edir. (report)


Ekspress.az

  • SON XƏBƏR
  • TREND