Deputatlara “Parlament” medalı verildi 

27.12.2018 14:21
290
 Deputatlara “Parlament” medalı verildi 

Azərbaycan Parlamentinin yaranmasının 100 illik yubileyi ilə əlaqədar Milli Məclisin deputatları təltif edilib.


Ekspress.az xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədovun 24 dekabr 2018-ci il tarixli sərəncamı ilə deputatlar Azərbaycan Respublikası Milli Məclisinin “Parlament”medalı ilə təltif olunublar.


“Parlament” medalı Milli Məclisin bütün deputatlarına, Aparat işçilərinə, şöbə müdirlərinə verilib.


Qeyd edək ki, hazırda Milli Məclisdə 119 deputat təmsil olunur.

Açar sözlər: