DİN “Keşikçidağ”dakı insidentlə bağlı: "İmkan verin işimizi görək"

15.07.2019 14:28
243
DİN “Keşikçidağ”dakı insidentlə bağlı: "İmkan verin işimizi görək"

Gürcüstanın Daxili İşlər Nazirliyi ictimaiyyəti və vətəndaş qruplarını Gürcüstan və Azərbaycan arasında sərhədin delimitasiyası üzrə komissiyanın sakit şəraitdə işini davam etdirməsinə imkan verməyə çağırıb.


Ekspress.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.


Nazirlikdən bildiriblər ki, Gürcüstan-Azərbaycan sərhədində,"Keşikçidağ” sahəsində yerli sakinlər və azərbaycanlı sərhədçilər arasında kiçik insident baş verib. Lakin insident qısa müddət ərzində aradan qaldırılıb və hazırda vəziyyət stabildir.


Mətbuatın yazdığına görə, münaqişəyə səbəb guya azərbaycanlı sərhədçilərin kilsədən ikonanı icazəsiz çıxarmaları olub.


Ekspress.az

Açar sözlər: