Körpə qaynar suda yanıb

30.03.2019 21:30
204
Körpə qaynar suda yanıb

Xızıda 1 yaşlı uşaq qaynar sudan yanıb.

 

Ekspress.az xəbər verir ki, hadisə rayonun Əmbizlər kəndində baş verib.2018-ci il təvəllüdlü Mövlanov Ozal Yarbala oğlu yaşadığı evdə nəzarətsiz qalıb. Bu zaman onun üzərinə qaynar su dağılıb.

 

Azyaşlı müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb. Ona 1-ci və 2-ci dərəcəli yanıq diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.


Ekspress.az

Açar sözlər: