Mərkəzi Bank növbəti depozit hərracı keçirəcək


19.07.2019 15:37
77
Mərkəzi Bank növbəti depozit hərracı keçirəcək

İyulun 22-də Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.


Ekspress.az xəbər verir ki, saat 11:00-11:15 aralığında təşkil ediləcək hərrac "Blumberq" ticarət sistemi platformasında həyata keçiriləcək. Hibrid formalı hərracla bağlı məlumatın platformada göndərilmə vaxtı 10:00-dır.


Hərracda məbləğ 150 000 000 (yüz əlli milyon) manat manat, müddət 14 gün, faiz dərəcəsi isə 6,51% - 8,49%-dir.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND