• 23 °C Bakı
  • 23 °C Quba
  • 24 °C Gəncə
  • 23 °C Yevlax
  • 23 °C Naxçıvan

Şənbə gününün havası

16.03.2019 10:24
87
Şənbə gününün havası

Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Şimal-şərq, şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Ekspress.az -a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 5-8°, gündüz 10-15° isti, Bakıda gecə 6-8°, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı - 756 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında martın 16-da hava əsasən yağmursuz keçəcək, lakin gündüzdən bəzi qərb rayonlarında yağış, dağlıq rayonlarda qar yağacağı proqnozlaşdırılır. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 4-8°, gündüz 16-21° isti, dağlarda gecə 0-5°, gündüz 6-10° isti olacağı bildirilir.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND