Rusiya analoqsuz silahını sınaqdan keçirdi

02.10.2019 11:00
48
Rusiya analoqsuz silahını sınaqdan keçirdi

Rusiya Suriyada “S-500” hava hücumundan müdafiə sisteminin ən vacib elementlərini sınaqdan keçirib.


Ekspress.az xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti Müdafiə Nazirliyi və hərbi-sənaye kompleksindəki mənbələrə istinadən məlumat yayıb.


Nəşrin mənbələri bildiriblər ki, sınaq zamanı mütəxəssislər avadanlıqların işində müəyyən problemlər aşkarlasalar da, qüsurlar tez bir zamanda aradan qaldırılıb.

Sınaqların uğurla başa çatdığı bildirilir.


Qeyd edək ki, “S-500” raket-zenit kompleksi yaxın kosmosdakı hədəfləri, aşağı orbitdə uçan peykləri vura bilmək qabiliyyətinə malikdir.


“S-500” saniyədə yeddi kilometrə qədər sürətlə uçan 10 ballistik hədəfi aşkarlaya və eyni anda vura bilər. Hipersonik raketlərin döyüş başlıqlarını vurmaq gücünə də malikdir.

Bu silahın dünyada analoqunun olmadığı bildirilir. (oxu)


Ekspress.az

  • SON XƏBƏR
  • TREND