Deputatın bu videosu rekord qırdı


17.07.2019 16:12
152
Deputatın bu videosu rekord qırdı

İnsanlarımız üçün Heydər Əliyev mövzusu həmişə maraqlıdır. Vətəndaşlarımız onun Azərbaycanın inkişafı üçün fəaliyyətini yüksək qiymətləndirib və daima onun siyasi irsinə müraciət edirlər.


Ekspress.az xəbər verir ki, bu sözləri millət vəkili Aydın Mirzəzadə Heydər Əliyevlə bağlı Feysbukda açdığı canlı yayımın rekord izlənməsi haqqında danışarkən deyib. O bildirib ki, canlı yayımın çox izlənməsinin əsas səbəbi Heydər Əliyevə olan böyük sevgidir:


“Video çıxışıma 79 min 620 izləyici baxıb, 141 dəfə paylaşılıb, 1429 münasibət bildirilib, 230 rəy yazılıb.


Hesab edirəm ki, budəfəki çıxışa rekord baxış mövzu ilə bağlıdır. İnsanlarımız üçün Heydər Əliyev mövzusu həmişə maraqlıdır. Çünki Ulu öndər Azərbaycan xalqı üçün çox böyük işlərə imza atmış şəxsiyyətdir. Həmçinin, bu gün cəmiyyətimizdə vətəndaşlarımızın fikrini azad bir şəkildə ifadə etməsi Heydər Əliyevin fəaliyyəti nəticəsində mümkün olmuşdur və bundan sonra da mümkün olacaqdır”.


Ekspress.az