Sığrta şirkətləri 728 milyon manat toplayıb

25.01.2019 19:23
383
Sığrta şirkətləri 728 milyon manat toplayıb

2018-ci il ərzində ölkədə fəaliyyətdə olan 21 sığorta şirkəti tərəfindən 728 milyon manat məbləğində sığorta haqları toplanıb. İl ərzində 240.3 milyon manat məbləğində sığorta ödənişi həyata keçirilib.         

 

Ekspress.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, könüllü sığorta bazarı üzrə haqlar 536.2 milyon manat, ödənişlər isə 172.5 milyon manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 191.8 milyon manat, ödənişlər isə 67.8 milyon manat olub.


2018-ci il ərzində sektor üzrə məcmu sığorta haqlarının 73.7%-i könüllü, 26.3%-i isə icbari sığorta növlərinin payına düşüb.


Sığorta ödənişlərinin isə 71.8%-i könüllü, 28.2%-i icbari sığorta növləri hesabına formalaşıb.


Açar sözlər: