• 1 °C Bakı
  • -8 °C Quba
  • 1 °C Gəncə
  • 0 °C Yevlax
  • -8 °C Naxçıvan

Bu il Azərbaycanda "İnnovasiya Evi" inşa olunacaq

11.02.2019 12:20
34
Bu il Azərbaycanda "İnnovasiya Evi" inşa olunacaq

"Azərbaycanda innovativ inkişafın həyata keçirilməsi istiqamətində atılan addımlar beynəlxalq təcrübəyə uyğundur. Aparılan işin beynəlxalq qiymətləndirilməsi zamanı müsbət qarşılanması buna nümunədir".


Ekspress.az - ın məlumatına görə, bu haqda nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib


E,Vəlizadənin sözlərinə görə, bunun bariz nümunəsindən biri startap anlayışıdır: "Digər innovativ yeniliklərlə bağlı terminlər də dilimizə tətbiq edilir. Hər bir dövlət qurumunun fəaliyyətinə nəzər salsaq görərik ki, onların işində innovasiyalar əsas götürülüb. Təkcə İKT sahəsində deyil, bütün sahələrdə startap nümunələri ilə qarşılaşırıq", - deyə, Vəlizadə əlavə edib ki, bu gün bu sahədə hər bir dövlət qurumunun görəcəyi iş var.


Nazir müavini bildirib ki, ölkədə startap fəaliyyətinin genişlənməsi ilə əlaqədar yaradılan İnnovasiya Agentliyinin Əsasnaməsi artıq hazırlanıb və hazırda baxılmaqdadır: "Agentliyin məqsədi ondan ibarətdir ki, ölkədə müxtəlif sahələrdə həyata keçirilən fəaliyyətin əlaqələndirilməsi və onların mərkəzləşdirilmiş şəkildə fəaliyyətinin təmin olunması bilavasitə qurum tərəfindən təmin ediləcək. Agentliyin fəaliyyəti ölkəmizdə innovasiya fəaliyyətinin inkişafına təkan verəcək". 


O, qeyd edib ki, nazirliyin fəaliyyəti istiqamətində İnnovasiya Evinin qurulması nəzərdə tutulur: "Bu il Evin qurulmasına başlanılacaq. Bu mərkəz innovativ ideyaları olan hər bir şəxs üçün əhəmiyyətli olacaq. "Hökümət buludu", "Data Mərkəz"in yaradılması, internetin inkişaf etdirilməsi, yeni ixtisasların açılması, onların ali təhsil müəssisələrində tətbiq edilməsi bizim fəaliyyətimizin mərkəzindədir və hesab edirik ki, aidiyyatı qurumlarla bu sahədə iş uğurlu olacaq". 


"Davos Forumunda qeyd edildiyi kimi hazırda təhsil alan uşaqların 65 faizi gələcəkdə bu gün mövcud olmayan ixtisaslar üzrə işləyəcək. Bu özü gələcəkdə atacağımız addımlar baxımından vacibdir. Bu istiqamətdə dövlətin strateji yol xəritələri, strategiyaları mövcuddur", - deyə Vəlizadə bildirib.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND