Əyləncə mərkəzində faciə - Ölən və yaralananlar var


15.07.2019 10:32
95
Əyləncə mərkəzində faciə - Ölən və yaralananlar var

Hindistanın Əhmədabad şəhərində (Qucarat ştatı) əyləncə mərkəzində qurğulardan birində əylənən insanlar texniki problem nəticəsində 20 metr yüksəklikdən yerə yıxılıb.


Ekspress.az xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb, 28 nəfər yaralanıb.


Hadisə yerinə dərhal xilasedicilər, təcili tibbi yardım briqadası cəlb edilib.


Xilasetmə əməliyyatları bir neçə saat davam edib. Hadisə ilə əlaqədar polis araşdırmaya başlayıb.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND