Messi mövsümdə ilk qolunu vurub

07.10.2019 11:31
105
Messi mövsümdə ilk qolunu vurub

"Barselona" futbol komandasının argentinalı hücumçusu Lionel Messi İspaniya La Liqasının "Sevilya" ilə səkkizinci tur matçında qol vurub.


Ekspress.az xəbər verir ki, bu qol cari mövsümdə argentinalı futbolçu üçün birinci olub.


Bu qola qədər o Milanın "İnter"inə qarşı matçda məhsuldar ötürmə ilə yadda qalıb.


Kataloniyanın paytaxtında keçirilən səkkizinci turun qarşılaşması "Kamp Nou" stadionu sahiblərinin xeyrinə 4:0 hesablı qələbəsi ilə başa çatıb. Qaliblərin heyətində Messidən başqa, Luis Suares, Arturo Vidal və Osman Dembele fərqləniblər. (report)


Ekspress.az