Milan Obradoviç yaxın günlərdə Bakıya gələcək

08.01.2019 15:55
190
Milan Obradoviç yaxın günlərdə Bakıya gələcək

AFFA Milan Obradoviçin Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının sükanı arxasına keçməkdən imtina etdiyinə dair xəbərlərə münasibət bildirib.

Bu barədə "Report"a qurumun Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla açıqlama verib.


O deyib ki, yayılan məlumat həqiqətə uyğun deyil: "Əksinə, Obradoviç danışıqların yekun mərhələsi üçün yaxın günlərdə Bakıya gələcək".


Qeyd edək ki, AFFA bir müddət öncə Obradoviçin U-21 yığmasına namizəd olduğunu açıqlayıb. Serbiya milli komandasının baş məşqçisi Mladen Krstaiç isə ölkəsinin U-19 yığmasına rəhbərlik edən mütəxəssisin postunu tərk etməyəcəyini bildirib.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND