Paşinyan Qarabağda “yunan planı”nı işə saldı - ŞOK


07.08.2019 15:32
68
Paşinyan Qarabağda “yunan planı”nı işə saldı - ŞOK

Paşinyan ümumerməni oyunlarında oyun çıxarmağa davam edir. O, açılış mərasimində “Damarlarımızda eyni qan axır - Haykın qanı” deyə çıxışlar edərək, xalqı öz əlində saxlamağa çalışır.


Ekspress.az xəbər verir ki, bu sözləri politoloq Erkin Qədirli deyib.


Politoloqun sözlərinə görə, bu, erməni baş nazirin yeni bir gedişatıdır və indiyədək heç bir erməni rəhbəri bu sərsəm ritorikadan istifadə etməyib:


“Güman edirəm ki, Paşinyanın hakimiyyətdə durumu heç də yaxşı deyil. Elitaların içində ciddi qarşıdurma var. Bir yandan yenilərlə köhnələr, o biri yandan İrəvanla Xankəndi, başqa bir yandan İrəvanla Moskva, nəhayət, İrəvanla diaspora arasında problemlər arta-arta gedir. Kilsə isə bu qarşıdurmaya hələ açıq qoşulmayıb, amma onun da təsiri ola bilər. Çünki Paşinyanın dəstəsi indiki katalikosun vəzifədən getməsi üçün əllərindən gələni edir”.


Politoloq bildirib ki, vaxtilə qədim yunanların öz aralarında savaşları durdurmaq, bütün yunanları birləşdirmək məqsədilə keçirdikləri Olimpiya oyunlarında olduğu kimi, Paşinyan da bütün erməniləri birləşdirmək üçün “erməni oyunları”nı keçirir:


“Yeri gəlmişkən, bu gün keçirilən olimpiadalardan fərqli olaraq, Erkən Çağlarda olmuş olimpiadalarda ancaq yunanlar iştirak edə bilərdi. Qədim Yunanların keçirdiyi Olimpiya oyunlarında birləşdirici fiqur Zevs olub, indi Paşinyan da Haykadan istifadə etmək qərarına gəlib.


Qeyd edim ki, qədim yunanlar bütün tarixləri boyu bir-biri ilə savaşıb və birləşə bilməyib. Ona görə, əlacsız qaldıqlarından, dörd ildən bir Zevsin şərəfinə olimpiadalar keçiriblər ki, xalqı bu ad altında birləşdirsinlər. Paşinyan da indi Hayka istinad edərək çalışır ki, xalqı bu ad altında birləşdirsin. Çünki “miatsum”, “soyqırım” və başqa söhbətlər artıq əvvəlki qədər təsirli deyil”. (axar)


Ekspress.az


Açar sözlər:
  • SON XƏBƏR
  • TREND