"Belə asanlıqla qalib gələcəyimi gözləmirdim"

23.06.2019 19:40
139
"Belə asanlıqla qalib gələcəyimi gözləmirdim"

“Beynimdə yalnız qələbə qazanmaq idi. Lakin belə asanlıqla qalib gələcəyimi gözləmirdim”.

 

Bunu II Avropa Oyunlarında 73 kq çəki dərəcəsində bürünc medal qazanan Azərbaycan cüdoçusu Hidayət Heydərov deyib. 


22 yaşlı idmançı bildirib ki, gürcüstanlı Laşa Şavdatuaşvili ilə üçüncü yer uğrunda görüş zamanı 51 saniyəyə ipponun baş verəcəyini gözləməyib:


“Rəqibim tanınmış cüdoçudur, Olimpiya çempionudur. Görüşə çıxan kimi təmiz qələbə qazandım (APA). Bu, mənim fəndim deyildi, çünki özüm daha çox aşağı nahiyədən ipponu sevirəm. Sadəcə həmin anı tuta bildim”. 


Ekspress.az