Sevgililər hamamda boğulub öldü

12.03.2019 11:52
341
Sevgililər hamamda boğulub öldü

Bakıda vətəndaş nikahında yaşayan kişi və qadının meyiti tapılıb.


Ekspress.az xəbər verir ki, bu barədə Suraxanı rayon Polis İdarəsindən məlumat verilib. 


Məlumata görə, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Bahar bağları” adlanan ərazidə qeydə alınıb. 


Sözügedən ərazidə kirayədə yaşayan 1986-cı il təvəllüdlü Həbib Mehman oğlu Hüseynli və 1985-ci il təvəllüdlü Əntiqə Vidadi qızı Əzimovanın meyiti hamamda aşkarlanıb. Onların dəm qazından boğulduğu ehtima edilir. 


Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND