• 21 °C Bakı
  • 18 °C Quba
  • 27 °C Gəncə
  • 25 °C Yevlax
  • 27 °C Naxçıvan

Deputatlar təbii qaza qoyulmuş limitin ləğvini təklif etdilər

15.03.2019 17:42
213
Deputatlar təbii qaza qoyulmuş limitin ləğvini təklif etdilər

"Deputatlara təbii qazın istifadəsində Tarif Şurasının tətbiq etdiyi limitin azlığından çoxlu şikayətlər gəlir".


Ekspress.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2018-ci il ürə hesabatının müzakirəsi zamanı deputat Fəzail Ağamalı bildirib.

 

“Tarif Şurasından xahiş edərdim ki, bununla bağlı mümkün güzəştlər üzərində düşünsün. Bir çox ölkələrdə qaz istifadəsindəki qiymətlər gecə və gündüzdə fərqlidir və bu da ölkəmizdə tətbiq oluna bilər”.

 

Deputat Musa Qasımlı da qaza qoyulan limitin ləğv olunmasını təklif edib: "Yardımlıda seçicilər seçicilər qaza qoyulan limitin ləğvini istəyirlər”.


Qeyd edək ki, Tarif (qiymət) Şurasının 22 dekabr 2016-cı il tarixli qərarına uyğun olaraq 2017-ci il yanvar ayının 1-dən etibarən əhali qrupu üzrə istehlak olunan təbii qazın illik həcminin 1 700 kubmetr olan hissəsinin dəyəri 10 qəpiklə, 1 700 kubmetrdən artıq istifadə olunan hər kubmetr qazın dəyəri isə 20 qəpiklə hesablanır.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND